İngiltərə Premyer Liqasının 29-cu turunda diqqətlər “Enfild”ə yönəlmişdi.

Söhbət “Liverpul” – “Çelsi” görüşündən gedir. Oyun gərgin mübarizə şəraitində keçib. İlk hissədə nisbətən üstün olan qonaqlar fasilə ərəfəsində hesabı açıblar. Meyson Mount fərqlənib. Meydan sahibləri ikinci yarıda hücumları artırıblar. Lakin, bu bir işə yaramayıb. “Liverpul” minimal hesabla uduzub. Yurgen Kloppun komandası beləliklə ardıcıl 5-ci ev oyununda məğlub olub. “Liverpul” 43 xalla 7-ci, “Çelsi” 47 xalla 4-cüdür.

33-cü turun erkən keçirilən “Fulhem” – “Tottenhem” matçında da eyni hesab qeydə alınıb. Qonaqlar minimal hesabla qalib gəliblər. Meydan sahiblərindən Tosin Adarabyoyo avtoqol müəllifi olub. Qələbə qazanan “Tottenhem” 42 xalla 8-cidir. Yarış cədvəlinə 65 xalla “Mançester Siti” başçılıq edir.